MHP-nin Şırnak təşkilatı terrorçular tərəfindən gülləbaran edilib
26-09-2019, 01:31
Türkiyənin Millityətçi Hərəkat Partiyasının (MHP) Şırnak şəhər təşkilatı silahlı terroristlər tərəfindən atəşə məruz qalıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu xəbəri MHP sədrinin müavini SemihYalçın "Twitter" hesabından paylaşıb.
Semih Yalçın bildirib ki, hadisədə ölən və yaralananlar olmayıb. MHP-nin sədr müavini bu insidenti dünən səhər saatlarında Adanada baş verən terror hadisəsinin davamı hesab etdiyini yazıb.