Bütün qazancını uşaqların oxumasına sərf edir

13-10-2019, 11:25           
Bütün qazancını uşaqların oxumasına sərf edir
Teref.az:Fotoda gördüyünüz adam Türkiyənin keçmiş Sakarya valisi Nuri Okutandır.

Təsəvvür edin valiliyə ayrılan bütün pulları (həmçinin xidmət üçün ayrılmış avtomobilləri də satıb pul eləmişdi) uşaqların təhsil almasına yönəldib.

Məktəbə getməyən qız uşaqlarını məktəbə cəlb edib və qızını təhsil almağa göndərən atalara qızıl hədiyyə edib. Öz vəzifə maaşı isə cəmisi 2500 TL olub. Kişinin bu xeyirxahlığı "Vehbi Koç Vakfı"nın diqqətini cəlb edib və ona 100 min dollar bağışlayıblar. Amma o, pulun bir qəpiyini belə öz uşaqlarına xərcləməyib, bütün pulları məktəb inşa etmək üçün sərf edib.

Bir çox şirkətlər də bundan həvəslənib ona pulsuz material göndəriblər. "Vehbi Koç Vakfı" bu şəxsiyyətli davranışı görüb ona daha 50 min dollar yardım edib və 100 şagirdlik bir məktəb binası inşa olunub. BMT-nin uşaqlara kömək fondu UNİCEF isə onun adına "Nuri Okutan Modeli" təsis edib.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.