Türkiyədə koronavirusdan sağalanların sayı 221 min nəfəri ötüb 8-08-2020, 06:30 Türkiyədə son 24 saat ərzində daha 15 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 813 nəfərə çatıb.Onun sözlərinə görə, ölkədə 1 185 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 238 450 nəfərə çatıb.Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 221 574 nəfər təşkil edir. Facebook-da paylaş