“Buna seyirçi qalmayacağıq” – Ərdoğan yeni əməliyyatın anonsunu verdi

28-10-2020, 20:45           
“Buna seyirçi qalmayacağıq” – Ərdoğan yeni əməliyyatın anonsunu verdi
“Sərhədlərimizin yaxınlığında baş verən hər hadisənin ağrısını hiss edirik”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri bəzi xarici qüvvələrin regionda artan hərbi fəaliyyətlərinə diqqət çəkib:

“Suriya ilə sərhədlərimiz boyunca ölkəmizə qarşı təhdidlərin artmağa davam etdiyini görürük. Bir daha təkrar edirəm ki, buradakı bütün terrorçular sıradan çıxarılmasa, hərəkətə keçmək üçün qanuni səbəblərimiz var. Suriyadan ölkəmizə gələn İŞİD üzvlərinin qanlı akt törətmək üçün axtarışda olduğunu bilirik. Suriyadakı fəaliyyətlərini “İŞİD-lə mübarizə” adlandıranların bəhanəsi də boşdur.

Suriya xalqı xaricdən gələn qüvvələrin və nəzarətindəki terror təşkilatlarının müharibəsi üçün canlarını verir. Biz buna seyirçi qalmayacağıq. Sərhədlərimizin yaxınlığında baş verən hər hadisənin ağrısını hiss edirik. Hatayda baş verənlər bunun son nümunəsidir. Türkiyənin gücü Suriyanı bütün terror təşkilatlarından təmizləmək üçün kifayətdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.