Türkiyə Rusiyaya belə minnət qoydu

2-02-2016, 14:36           
Türkiyə Rusiyaya belə minnət qoydu
“ Ankara buğda ixracatını dayandırmaqla Rusiyaya ciddi ziyan verə bilər”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin Kənd Təsərrüfatı naziri Faruk Çelik deyib. Onun sözlərinə görə, Türkiyənin buğda ixracatını dayandırması Rusiya iqtisadiyyatının 1 milyard dollardan çox zərər çəkməsi ilə nəticələnə bilər.

“1 yanvar 2016-cı il tarixindən Rusiya tərəfi Türkiyədən meyvə və tərəvəz ixracatını dayandırıb. Bu ölkənin il ərzində Türkiyədən 750 milyonluq meyvə-tərəvəz aldığı halda, hazırda onlar bizdən yalnız 1 məhsul, buğda alır ki, bu da 1.1 milyard dollar təşkil edir. Bu ticari əlaqəyə də son qoyulması Rusiya üçün ağır nəticələrə səbəb ola bilər. Lakin biz bunu etmirik, biz səbirli davranırıq”, - deyə nazir bildirib.

Çelik onu da əlavə edib ki, iki dövlət arasındadakı münasibətlərdən fermerlər əziyyət çəkməməlidir.

Hazırda Türkiyə və Rusiya arasında gərgin vəziyyət davam etməkdədir. Ötən ilin noyabrında Rusiyaya məxsus Su 24 təyyarəsinin Türkiyə-Suriya sərhəddində Türkiyə tərəfindən vurulmasından sonra münasibətlər kəskinkləşib. Rusiya tərəfi Türkiyəyə çox saylı sanksiyalar tətbiq edib. Bu sanksiyalara əksər türk şirkətləri, bu ölkədən gələn kənd təsərrüfatı məhsulları, sənaye məhsulları və s daxildir.

Bundan başqa iki ölkə arasında daha bir qalmaqalı vəziyyət yaranıb. Buna səbəb Ruysiyaya məxsus daha bir təyyarənin Türkiyə hava məkanını pozması olub. Yanvarın 30-da Rusiyaya məxsus Su34 təyyarəsi Türkiyə tərəfinin etdiyi xəbərdarlıqlara məhəl qoymayaraq, ölkənin hava sərhədlərini pozub.

Rusiya Müdafiə nazirliyi bu faktı təsdiqləmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.