Ərdoğan: Türkiyə öz peyvəndini hazırlamayınca xaricdən vaksinlər alacaq

16-03-2021, 08:18           
Ərdoğan: Türkiyə öz peyvəndini hazırlamayınca xaricdən vaksinlər alacaq
Türkiyə Prezidenti: "Hazırkı vaxta qədər təxminən 11,5 milyon vətəndaşımız COVID-19 əleyhinə peyvənd olunub"
Türkiyə koronavirus əleyhinə öz peyvəndini hazırlamayınca xarici vaksinlərin idxalını davam etdirmək niyyətindədir.

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının nəticəsinə görə Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

"Hazırkı vaxta qədər təxminən 11,5 milyon vətəndaşımız COVID-19 əleyhinə peyvənd olunub. Türkiyə öz vaksini istifadəyə hazır olmayınca hələlik xarici vaksinlərin alınmasını davam etdirəcək", - Türkiyə lideri deyib.

Dövlət başçısı həmçinin bildirib ki, hökumət koronavirusla mübarizə çərçivəsində ölkədə qüvvədə olan bütün məhdudiyyətləri qüvvədə saxlamaq barədə qərar qəbul edib. Rəcəb Tayyib Ərdoğan qaydalara laqeyd qalmamağa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru