Hamı bu gəlindən DANIŞIR: toyda siqarət çəkib, yaşlı qonaqları məclisdən "qovdu" - VİDEO

Bu gün, 16:14           
Hamı bu gəlindən DANIŞIR:
Türkiyədə keçirilən toy sosial mediada müzakirələrə səbəb olub.
TEREF Milli.az-a istinadla xəbər verir ki, Türkiyədə baş tutan bir toy mərasimi son günlər sosial şəbəkələrin ən çox danışılan mövzularından birinə çevrilib.
Səbəb isə gəlinin gözlənilməz qərarı olub.
Məlumata görə, gəlin mərasim zamanı yaşlı və uşaqlı qonaqlardan toyu tərk etmələrini xahiş edib. O, yalnız gənclərlə birlikdə əylənmək istədiyini bildirib.
Gəlinin bu addımı sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Bir qrup insan bu qərarı qeyri-etik hesab edərək sərt tənqid edib, digərləri isə gəlinin seçim haqqına hörmətlə yanaşmaq lazım olduğunu vurğulayıb.
Toydan yayılan görüntülər sürətlə sosial şəbəkələrdə paylaşılaraq minlərlə baxış toplayıb və geniş müzakirələrə yol açıb.
Gəlinin digər hərəkəti də söylədiyindən az müzakirə olunmayıb.
Belə ki, onun toyda iştirak edən türkiyəli pop ulduz İrem Derici ilə birgə siqarət çəkməsi diqqət çəkib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru