"Sanksiyalar dövründə Türkiyə, İran xalqının yanında oldu, bunu unutmayacağıq"
13-02-2016, 13:49
İranın Ankaradakı səfiri Əlirza Bikdəli vəzifə müddətinin sona çatması səbəbilə mətbuat konfransı təşkil edib.
Avropa.info xəbər verir ki, jurnalistlərə Türkiyədə səfir olduğu müddət ərzində baş vermiş hadisələrdən danışan Bikdəli maraqlı etiraflara da imza atıb.
Bikdəli İrana qarşı beynəlxalq sanksiyaların tətbiq olunduğu dövrdə Türkiyənin nümayiş etdirdiyi mövqedən tamamilə razı olduğunu etiraf edib.
"Sanksiyaların tətbiq olunduğu dövrdə də 23 milyard dollarlıq bir ticarət həcmini təcrübədən keçirdi. 35 milyard dollarlıq ticarət isə əlçatan bir rəqəmdir. Bundan sonra energetika sahəsindəki əməkdaşlığımız sürətlənərək davam edəcək. Sanksiyalar dövründə Türkiyə, İran xalqının yanında oldu. Bunu unutmayacağıq."