Türkiyə ordusu PKK-nın rəhbərlərindən birini məhv etdi - FOTO

24-04-2021, 19:15           
Türkiyə ordusu PKK-nın rəhbərlərindən birini məhv etdi - FOTO
Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı və Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK terror qruplaşmasının qollarından biri olan KCK İdarə Heyətinin üzvü Dalokay Şanlı məhv edilib.

Sfera.az "Hürriyet”ə istinadən xəbər verir ki, Sinan Mirhan kod adlı terrorçu "İnterpol” xətti ilə beynəlxalq axtarışda olub.

Türkiyənin xüsusi xidmət orqanları uzun müddət imiş D.Şanlının Avropadakı fəaliyyətini yaxından izləyirmiş. Kəşfiyyat qurumu onun silahlı əməliyyatları idarə etmək üçün İraqın şimalındakı Gara bölgəsinə gəldiyini müəyyənləşdirib.

Milli İstihbarat Təşkilatı öz məxfi agentləri vasitəsilə D.Şanlının Türkiyənin böyük şəhərlərində komikadze partlayışları və strateji obyektlərdə sobataj aktları planlaşdırdığına dair məlumat alıb. Bundan sonra onun terror qruplaşmasının əməkdaşları ilə toplantı keçirmək üçün yola çıxdığı müəyyənləşdirilib və terrorçunun məhv edilməsi üçün xüsusi əməliyyat başlayıb.

M.Şanlını daşıyan nəqliyyat vasitəsi mülki şəxslərin olduğu ərazidən uzaqlaşdıqdan sonra partladılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru