Ərdoğan bu gün Obamaya zəng edəcək

19-02-2016, 22:54           

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün amerikalı həmkarı Barak Obama ilə telefonda Suriyadakı kürd qruplaşması PYD və onun silahlı qanadı YPG ilə bağlı müzakirələr aparacaq.
Virtualaz.org TRT Haber-ə istinadən bildirir ki, bu barədə Ərdoğan özü məlumat verib.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə prezidenti PYD-ni və onun silahlı qanadı YPG-ni terror təşkilatı kimi tanımayan ABŞ-ı növbəti dəfə tənqid etmişdi.
Ərdoğan 20-ci muxtarlar toplantısında çıxışında bildirmişdi ki, PKK ilə PYD və YPG-nin bir fərqi yoxdur: “Amerikaya deyirik ki, bunlar terror təşkilatlarıdır, cavab verirlər ki, onları terror təşkilatı olaraq görmürük. Ey Amerika, siz bizim tərəfimizdəsiniz, yoxsa PYD-nin, YPG-nin? Siz bu təşkilatları bizə tanıda bilməzsiniz. Biz bunları çox yaxşı bilirik. Amma bunların heç birini bu günə qədər tanıya bilməmisiniz. Ona görə də, bu gün bölgə qan içindədir. Bu necə ortaqlıqdır? Anlamaq mümkün deyil”.
Onu da xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi PYD və YPG-ni terror təşkilatı kimi tanımadıqlarını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.