Kürd Osman: “Rusiya ilə məxfi razılaşmamız var”

19-02-2016, 23:47           

Əgər Türkiyə Suriyada quru əməliyyatlarına başlasa, bu, böyük müharibəyə səbəb olacaq.

Axar.az xəbər verir ki, bunu “Blumberq” agentliyinə açıqlamasında Suriya kürdlərinin Rusiyadakı lideri Rodi Osman söyləyib. Onun sözlərinə görə, Rusiya bu müharibədə kürdləri dəstəkləyəcəyinə söz verib:

“Biz bu təhlükəyə çox ciddi baxırıq. Türkiyəni idarə edən partiya müharibə partiyasıdır. Rusiya Türkiyənin quru əməliyyatlarına işğal kimi baxacaq. Moskva təkcə kürdləri yox, həm də Suriyanın ərazi bütövlüyünü qoruyacaq. Moskva bizə öz muxtariyyətimızi yaratmaqda dəstək göstərəcəyinə söz verib”.

Qeyd edək ki, fevralın 17-də Ankarada baş verən terror nəticəsində 29 nəfər həlak olub, 61 nəfər yaralanıb. Ankara bu terroru PKK-nın Suriya qanadı olan YPG-nin törətdiyini bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrorun qisasının alınacağını xüsusi vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru