Obama: “Türkiyənin özünümüdafiə hüququ var”

20-02-2016, 09:32           

Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub. Barak Obama Ankarada baş verən terror aktı ilə əlaqədar Rəcəb Tayyib Ərdoğana baş sağlığı verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan və Barak Obama PKK daxil olmaqla, terror təşkilatları ilə mübarizədə əməkdaşlığın daha da gücləndirilməsinə dair razılığa gəliblər.

Suriya münaqişəsinə toxunan tərəflər Münhendə əldə edilmiş razılaşmalara sadiq qalacaqlarını bildiriblər. Obama həmçinin Suriyanın şimal-qərbində hökumət qoşunlarının və kürdlərin hücumları ilə bağlı narahatlığını bildirib.

“Türkiyənin özünümüdafiə hüququ var. ABŞ özünün NATO üzrə tərəfdaşını daim dəstəkləyəcək”, deyə ABŞ prezidenti əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru