ABŞ Suriya və İraq meydanında Türkiyəni tək buraxır... - Bombardmançı təyyarələrini çıxarır

20-02-2016, 13:16           
ABŞ Suriya və İraq meydanında Türkiyəni tək buraxır... - Bombardmançı təyyarələrini çıxarır
İraqda və Suriyada İŞİD terrorçularının mövqelərini bombalayan ABŞ-ın B-1B Lancer səsdən sürətli bombardmançı təyyarələri bu ölkələrin ərazilərindən çıxarılır.

Virtualaz.org saytı Military.com saytının ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının (CENTCOM) tərkibində HHQ əməliyyatlarına cavabdeh general-leytenant Çarlz Braunun sözlərinə istinadən verdiyi məlumata əsasən xəbər verir ki, B-1B Lancer bombardmançıları bir müddət İŞİD-ə qarşı mübarizədə iştirak etməyəcəklər. Braun dəqiqləşdirib ki, təyyarələr pilotların kabinalarında modernləşdirmə işlərinin aparılması üçün ABŞ-a qayıdacaqlar.

“Biz B-1B Lancer təyyarələrini əməliyyatlardan çıxarılrıq, lakin başqa güclü təyyarələrimiz də var. Ola bilsin ki, operativlikdə itirəcəyik, amma biz hadisələrin belə gedişinə hazırlaşmışdıq”, - general-leytenant belə deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru