Ərdoğan Türkiyənin Suriyaya girəcəyinə işarə etdi - "Heç bir məzlumun canı Qərb ölkələrində ölənlərin canından qiymətsiz deyil, istədiyimiz yerə girərik"

21-02-2016, 01:31           
Ərdoğan Türkiyənin Suriyaya girəcəyinə işarə etdi - "Heç bir məzlumun canı Qərb ölkələrində ölənlərin canından qiymətsiz deyil, istədiyimiz yerə girərik"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyaya girə biləcəyinə işarə vurub.

Avropa.info xəbər verir ki, Ərdoğan UNESCO-nun Qaziantepdə keçirilən toplantısında çıxış edib. Türkiyə prezidenti Suriya ərazisində yerləşən PKK-nın Suriya qolu PYD/YPG-ni bombardımana davam edəcəklərini bildirib.

"Biz özümüzü qanuni şəkildə müdafiə edirik . Heç kim bunu maneə törədə bilməz. Hər yerdə lazım bildiyimiz əməliyyatı həyata keçirmə səlahiyyətimiz var. Heç bir məzlumun canı Qərb ölkələrində ölənlərin canından daha az qiymətli deyil. Özümüzü müdafiə mövzusunda qarşımıza kim çıxarsa çıxsın onu məhv edəcəyik" deyə Ərdoğan qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.