İŞİD ilə YPG arasında sensasion razılıq sənədi - Nəzarətdə olan ərazilərdən rahat keçəcək, əsirləri dəyişəcək...

22-02-2016, 14:14           
İŞİD ilə YPG arasında sensasion razılıq sənədi - Nəzarətdə olan ərazilərdən rahat keçəcək, əsirləri dəyişəcək...
Türkiyədə İŞİD əmirlərindən birinin ələ keçirilən kopyuterini araşdıran prokurorluq sensasion faktlarla qarşılaşıb.

Avropa.info xəbər verir ki, iki təşkilat arasında əldə olunan razılıqda rəsmi yazısı olan avtomobillərin bir-birlərinin nəzarətində olan bölgələrdə rahat əhərəkət etmək imkanı əldə edəcək, qarşılıqlı razılaşma olmadan hərbi məntəqə inşa edilməyəcək.

Ankarada 2015-ci ilin oktyabr ayının 10-da dəmiryol vağzalında baş vermiş və 102 nəfərin ölümünə, 410 nfəərin yaralanmasına səbəb olan partlayışdan sonra istintaq başladılmışdı. Aparılan axtarış tədbirləri zamanı İŞİD-in Gaziantep üzrə cavabdehi olan Yunus Durmazın kompüteri ələ keçirilmişdi. Prokurorluq həmin kompyuteri araşdırmaq üçün xüsusi bir qrup yaratmışdı.

Əvvəlcə şifrəsi qırılan kompüterdə "Əsrarul mücahidin" (mücahidlərin sirləri) adlı ərəb dilində olan bir proqram olduğu aşkarlandıqdan sonra araşdırmaya tərcüməçilər də cəlb olunmuşdu.

Aparılan araşdırmalar zamanı həmin proqramın içində kriptolu 19 səhifəlik ərəb dilində bir mətnin olduğu aşkarlanıb. Aşkarlanan sənədlər PKK-nın Suriya qolu olan YPG ilə İŞİD arasında 18 noyabr 2014-cü ildə atəşkəs müqaviləsinin imzalandığı göstərir.

İŞİD nümayəndəsinin "Şam Xalqı Müştərək Palatası", YPG nümayəndəsinin də "Xalq Müdafiə Birlikləri" adıyla imzalayıb möhürlədiyi sənəddə iki təşkilatın aşağıdakı məsələlərdə razılaşdığı göstərilir.

* "Şam Xalqı Müştərək Palatası" ilə "Xalq Müdafiə Birlikləri" arasında Hələb və ətraf bölgələri üçün bağlanmış mərhələli atəşkəs razılaşmasının birinci mərhələsi.

* İki tərəf arasında əsirlərin dəyişdirilməsi,

* Tərəflərin rəsmi yazılı avtomobillərlər bir-birlərinin nəzarət etdiyi ərazilərdə qurulan nəzarət buraxılış məntəqələrindən rahat keçə bilməsi,

* YPG nəzarəti altında olan bölgə sakinlərinin həyat şərtlərinin asanlaşdırılması, Qarşılıqlı razılaşma olmadan hərbi nöqtələrin inşa edilməməsi,

* Nəbl və əz-Zəhraa bölgələrinin ətrafındakı mühasirənin gücləndirilməsi və bölgə daxilində olan bütün əhalinin keçməsinə icazə verilməməsi,

* Razılaşmanın hər 6 ayda bir yenilənməsi.

Aparılan araşdırmalar bundan başqa şok məlumatları da üzə çıxarıb. Belə ki, PYD-ye bağlı olan Şimal Fırtınası Briqadası adlı qrupun fəaliyyətinin göstərildiyi bir sənəd də ələ keçib. 17 sentyabr 2013-cü il tarixli mətndə ABŞ senatı Con Makkeynin Şimali Fırtınası Briqadası ilə Hangarda görüşdüyü bildirilir. Sənəddə PYD terror təşkilatı üzvlərinin "Black Water" adlı bir şirkətlə əməkdaşlıq etdiyi göstərilir.

Qeyd edək ki, çoxlarının əsasən "Black Water" kimi tanıdığı və qurulduğu gündən bu yana bir neçə dəfə ad dəyişən təhlükəsizlik şirkəti Əfqanıstan, İraq, Suriya və digər ölkələrdə saysız-hesabsız əməliyyatlar təşkil edərək minlərlə insanın qanını töküb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.