Polis ata qatili olan qardaşları necə ifşa etdi? – ŞOK TƏFƏRRÜAT

22-02-2016, 22:05           
Polis ata qatili olan qardaşları necə ifşa etdi? – ŞOK TƏFƏRRÜAT
Türkiyədə əkiz qardaşlar atalarının itkin düşməsi barədə yerli qəzetlərdə elan veriblər. Nihat və Cahit qardaşları bununla kifayətlənməyib ataları İsmayıl Doğanın "Elazığa gedirəm" deyərək evdən çıxıb və geri qayıtmadığı barədə polisə məlumat veriblər.

Kənd ətrafında axtarış aparan polis 57 yaşlı İsmayıl Doğanın basdırılmış cəsədini tapıb. Lakin bu barədə onun övladlarına xəbər verilməyib. Polis mərhumun digər iki oğlu Salih və Ahmet Doğanı izləməyə başlayıb. İstintaqın dərinləşdiyini öyrənən iki qardaş tədbir görməyə qərar verib. Onlar atalarının cəsədinin yerini dəyişmək istəyərkən, cinayət başındahəbs olunublar.

Hər iki qardaş ifadələrində analarını döydüyü üçün atalarını öldürdüklərini bildiriblər. (Teleqraf.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru