Məxfi sənəd üzə çıxdı, ABŞ Türkiyə qarşısında pis vəziyyətə düşdü – SENSASİYA

23-02-2016, 00:22           
Məxfi sənəd üzə çıxdı, ABŞ Türkiyə qarşısında pis vəziyyətə düşdü – SENSASİYA
ABŞ rəsmi sənədlərində PYD-nin PKK terror təşkilatının Suriye qolu olaraq qəbul edildiyi ortaya çıxıb
ABŞ rəhbərliyindəki yüksək vəzifəli şəxslər Suriyanın şimalında fəaliyyət göstərən PYD-nin silahlı qanadı olan YPG-ni PKK terror təşkilatından fərqli gördüklərini dəfələrlə açıqlayıblar. Ancaq ABŞ-ın terrorla mübarizədəki qurumlarını bir araya gətirən mərkəzin üzə çıxan sənədində PYD PKK terror təşkilatının Suriya qolu olaraq adlandırılır.
ABŞ hökumətinin terrora aid bütün kəşfiyyat xarakterli məlumatlarını bir araya gətirən və analiz edən Terrorla Milli Mübarizə Mərkəzi (NCTC) “Terror qrupları” başlığı altında PKK terror təşkilatı haqqındakı məlumatları Kongra-Gel (KGK) başlığında verib.
Mətnin əvvəlində “əvvəllər PKK olaraq bilinən KGK-nin İraqın şimalında və Türkiyənin cənub-şərqində fəaliyyət göstərən seperatçı qrup” olduğu qeyd edilib. Qruplaşmanın 1984-cü ildə silahlı hücumlara başladığı vurğulanan mətndə, bu hücumların nəticəsində 45 min insanın həyatını itirdiyi ifadə edilib.
KGK-nın SURİYA QOLU
Mətndə terror təşkilatının təhlükəsizlik qüvvələrinə, dövlət binalarına və onlara qarşı çıxan kəndlilərə hücumlar etdikləri haqda məlumatlar yer alıb. Yazının son hissəsində isə KGK-nın Suriyanın şimalında gücünü artırdığı qeyd olunub və PYD KGK-nın Suriya qolu olaraq təqdim olunub. Həmin hissədə bu ifadələr yer alıb:
“Şimali-İraqdakı qüvvələrinə əlavə olaraq KGK-nın Suriya qolu olan Demokratik Birlik Partiyası (PYD) Suriyanın şimalında Türkiyə sərhəddi boyunca kürd bölgələrinə nəzarət edərək gücünü artırıb. Bu da Türkiyəyə qarşı təhdidə və sərhədboyu gərginliyə səbəb olub”.

ABŞ XİN-dən YPG ŞƏRHİ
Terrorla Milli Mübarizə Mərkəzi (NCTC) ABŞ hökumətinin terrorla bağlı “məlumat mərkəzi” olduğu bilinir. Mərkəz ölkənin bütün kəşfiyyat qruplarının işlərini analiz edir. NCTC hökumət üçün həmçinin ildə bir dəfə “Terrorla Mübarizə İllik Hesabatı” yayımlayır.
2013-cü ildə yayımlanan sənəddə PYD-nin KGK-nın Suriya qolu olduğuaçıq şəkildə qeyd edilib. 2015-ci ilə aid sənədlərdə isə “Terrorla Mübarizə İllik Hesabatı” indeks (içindəkilər) hissəsində PYD-nin adının 124-cü səhifədə olduğu yazılsa da həmin səhifəyə baxıldıqda PYD ilə əlaqəli hər hansı bir cümləyə rastlaşılmır.
ABŞ XİN rəsmisi Mark Toner isə ötən həftə PKK və PYD/YPG ilə əlaqədar politikalarında heç bir dəyişikliyə gedilmədiyini vurğulayaraq PKK-nın terror təşkilatı olaraq gördüklərini, lakin YPG-ni terrorla əlaqələndirmədiklərini qeyd edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.