Ankara terrorunu törədən şəxsin gerçək kimliyi üzə çıxdı- Suriyalı deyilmiş

23-02-2016, 00:56           
Ankara terrorunu törədən şəxsin gerçək kimliyi üzə çıxdı- Suriyalı deyilmiş
Ankaranı qana boyayan terrorçu ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 nəfərin ölümünə, 61 nəfərin yaralanmasına səbəb olan terroru baş nazir Əhməd Davudoğlunun elan etdiyi kimi, Saleh Neccar adlı suriyalının yox, Abdülbaki Sömer adlı Türkiyə vətəndaşının törətdiyi məlum olub.

Məlumatlara görə, Sömer Kobanidən Türkiyəyə keçərkən özünü Salih Neccar kimi təqdim edib.

Ankara terroruna görə məsuliyyəti üzərinə götürən, PKK-nın bir qolu olan TAK da partlayışı A.Sönmezin törətdiyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru