Davudoğlu Ankara terrorunun arxasında duran dövlətin adını açıqladı - "Cavabımız dəhşətli olacaq"

23-02-2016, 16:19           
Davudoğlu Ankara terrorunun arxasında duran dövlətin adını açıqladı - "Cavabımız dəhşətli olacaq"
Türkiyənin baş naziri Əhməd Davudoğlu Ankara terrorunun arxasında duran qüvvənin adını açıqlayıb.

Avropa.info xəbər verir ki, Davudoğlu Ankara terrorunu Əsəd rejiminin dəstəyi ilə YPG terror təşkilatının törətdiyini və buna artıqlaması ilə cavab verəcəklərini deyib.

"Suriyanın BMT-dəki nümayəndəsi də YPG ilə əlaqələri olduğunu söylədi. Yəni bu açıq bir əlaqədir. YPG-ni rejim qurdu. Bu gün Rusiya da YPG-ni dəstəkləyir. Bu, rejim tərəfindən dəstəklənən bir terror hücumudur. Bu hücuma artıqlaması ilə cavab verəcəyik. Ancaq bunun nə zaman, necə olacağına biz qərar verəcəyik. Türkiyənin hər hücuma dəhşətli şəkildə cavab verəcəyini görəcəklər.

Suriya xalqının ürəyi bizimlədir və heç kimsə bu xalqı məğlub edə bilməz. Azezdəki son hücumlar zamanı sərhədlərimizə yaxınlaşdıqları üçün YPG-ni vurduq. Türkiyə sərhədini kim təhdid etsə cavabı belə olacaq. Daha çox qaçqını Türkiyəyə göndərmək cəhdləri olarsa, biz mümkün olan hər şeyi etmək hüququna malikik"

Davudoğlu Rusiyanı da sərt şəkildə tənqid edib.

"Rusiya, yalnız sərhədərimizi pozmurdu , sərhədin digər tərəfindəki vətəndaşları bombalıyır. Suriyada daha çox qardaşımızı öldürmək üçün bizim hava sahəmizdən istifadə edə bilməzlər. Rusiya Azezdə, Hələbdə, Tel Rıfatda və bir çox yerdə insani faciəyə gətirib çıxaran, məktəbləri və xəstəxanaları də hədəf alıb. Əlbəttə ki, Suriyada atəşkəs və sülh istəyirik. Bu mövzuda Türkiyə qədər təsirli başqa bir ölkə yoxdur. Amma nə qədər optimist olduğumu soruşursunuzsa, optimist deyiləm. Çünki bu ana qədər bütün bu diplomatik müzakirələr rejim, Rusiya, İran və iranlı ünsürlər tərəfindən daha çox insanı öldürmək üzrə sui - istifadə edilib" deyə Davudoğlu qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.