Türkiyə polisi iki kamikadze tutdu

23-02-2016, 17:34           
Türkiyə polisi iki kamikadze tutdu
Bir neçə gün öncə Ankarada baş vermiş terror aktını yenidən İstanbulda təkrarlamaq istəyən şəxslər saxlanılıb. Avropa.info bildirir ki, qaçırılmış bir avtomobili Boğaziçi Universitetinin avtomobil parkında saxlayan biri qadın olmaqla iki PKK üzvü Diyarbəkirdə bombanı təhvil alarkən həbs olunub. PKK-nın Lice rayonundan olan Sinəm Oğuz adlı kamikadzesinin İstanbulun Beşiktaş məhəlləsində bir evdə yaşadığı məlum olub. Mütəmadi olaraq qiyafəsini dəyişən və Funda Kaya adı ilə saxta şəxsiyyət vəsiqəsi gəzdirən təşkilat üzvü terror aktı üçün saxta qeydiyyat nişanlı bir avtomobil əldə edib.

Polisin gözündən uzaq olması üçün həmin avtomobili Boğaziçi Universitetinin avtomobil parkında saxlayaraq partlayıcı almaq üçün Diyarbəkirə yollanıb. Burada ikinci canlı bomba Hişyar Aydın ilə görüşən Sinəm Oğuz onu İstanbuldan izləyən kəşfiyyat polisi tərəfindən həbs olunub. İstanbul polisinin 25 nəfərlik bir heyətlə addım-addım izlədiyi terrorçular həbs olunarkən onların üzərində xeyli miqdarda bomba partlayışını həyata keçirmək üçün qurğular da aşkarlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.