Qırğızıstanda "Hizb-ut-Təhrir"in qadınlardan ibarət dəstəsi aşkarlanıb

24-02-2016, 12:59           
Qırğızıstanda "Hizb-ut-Təhrir"in qadınlardan ibarət dəstəsi aşkarlanıb
Qırğızıstanın hüquq-mühafizə orqanları tərəfindən “Hizb-ut-Təhrir” beynəlxalq terror təşkilatına aid qadınlardan ibarət dəstə ifşa olunub. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Oş vilayətinin Daxili İşlər İdarəsinin mətbuat katibi Jeniş Aşırbayev bildirib.

O deyib ki, operativ-axtarış tədbirləri nəticəsində Qara-Suy rayonundakı evlərin birində 16 qadın və ekstremist məzmunlu sənədlər aşkarlanıb.

Qadınlar bildiriblər ki, İslam haqqında öyrənmək üçün toplaşırlar.

Qırğızıstanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, son illər “Hizb-ut-Təhrir” terror təşkilatı məhz qadınların öz sıralarına cəlb edilməsinə üstünlük verirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru