ABŞ Türkiyəni yeni sanksiyalarla təhdid etdi

22-07-2021, 08:16           
ABŞ Türkiyəni yeni sanksiyalarla təhdid etdi
Türkiyənin Rusiyadan iri silah sistemləri almağa davam edəcəyi təqdirdə ABŞ rəsmi Ankaraya qarşı əlavə birtərəfli sanksiyalar tətbiq edə bilər.

Bunu ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bəyan edib.

O bildirib ki, Vaşinqton Türkiyənin S-400 sistemlərini əldə etməsinə qarşıdır və ABŞ-ın bu məsələdə mövqeyi dəyişməz olaraq qalır.

Həmçinin, Nuland vəziyyətdən çıxış yolları axtarışının davam etdiriləcəyini də vurğulayıb.

Qeyd edək ki, ABŞ rəsmisinin bu bəyanatı Rusiya tərəfindən Türkiyəyə S-400 zenit-raket kompleksinin növbəti partiyasının alışı üzrə təklif irəli sürəcəyilə bağlı yayılan xəbərlərin ardından səsləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru