TANAP-ın tikintisində faciə: 1 işçi həyatını itirdi

18-03-2016, 12:11           
TANAP-ın tikintisində faciə: 1 işçi həyatını itirdi
Trans-Anadolu boru kəmərinin (TANAP) Türkiyə ərazisindən keçən hissəsində ölümlə nəticələnən qeyri-adi bədbəxt hadisə baş verib.

"APA-Economics" "Milliyyət" qəzetinə istinadən xəbər verir ki, qəzaya TANAP-ın Ərzurumdakı tikinti sahəsində istifadə olunan ağır texnikanın təkərinin partlaması səbəb olub. Belə ki, partlama nəticəsində təkərin dəmir detallarından biri tikintidə iştirak edən 24 yaşlı Əhməd Yavuz və Ömər Taşçı adlı işçilərə çırpılıb. Nəticədə Ə. Yavuz elə hadisə yerindəcə həyatını itirib, Ö. Taşçı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.