İŞİD Türkiyədə “Pasxa terroru”na hazırlaşır- Səfirlik, kilsə və sinaqoqlara hücum gözlənilir

27-03-2016, 11:18           

Pasxa ilə əlaqədar Ankarada və Türkiyənin böyük şəhərlərində teraktlar ola bilər.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu xəbərdarlıq bu gün Türkiyə hüquq-mühafizə orqanlarından gəlib.

Polisin ehtimalına görə, bu dəfə İŞİD-in əsas hədəfi kilsələr, sinaqoqlar və xristianlar üçün müqəddəs sayılan digər məkanlardır.

Eyni zamanda ölkədəki səfirlik, konsulluq və beynəlxalq qurumların nümayəndəliklərinə də hücumlar ola bilər.

Qeyd edək ki, son 8 ayda Türkiyədə baş verən terror hücumlarından 4-nü İŞİD üstlənib. İstanbulda martın 19-da baş verən son terror aktını da bu qruplaşma törətmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru