Türkiyə ordusundan İŞİD-ə ağır zərbə

27-04-2016, 08:54           
Türkiyə ordusundan İŞİD-ə ağır zərbə
Türkiyə artilleriyası Suriyanın Aleppo əyalətinin şimalında 11 İŞİD terrorçusunu məhv edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahından məlumat verilib.

Məlumatda bildirilir ki, Türkiyə Hərbi Qüvvələrinə məxsus "Fırtına" özüyeriyən artilleriya sisteminin zərbələri nəticəsində terrorçuların raket-işəsalma qurğuları məhv edilib. Bununla yanaşı, İŞİD silahlıları tərəfindən istifadə edilən üçmərtəbəli bina da dağıdılıb.

Atəş zərbələri nəticəsində 11 terrorçu məhv edilib.

Məhv edilmiş terrorçuların hədəfi Kilis şəhərinə raket zərbələri endirmək imiş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru