Davudoğlunun istefası ilə bağlı ilginc iddia - "Liderimiz Ərdoğandır"

6-05-2016, 12:31           



Davudoğlunun istefası ilə bağlı ilginc iddia - "Liderimiz Ərdoğandır"
Tarix: Bu gün, 10:32 | Çap et
Davudoğlunun istefası ilə bağlı ilginc iddia
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) idarə heyəti üzvlərinin Davudoğluna “Liderimiz Ərdoğandır, bəyənmirsənsə gedə bilərsən” dediyi iddia olunur.

Avropa.info xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlunun görüşündən sonra partiyanın növbədənkənar qurultay keçirməsi qərarının qəbul edilməsi məsələsi hələ də geniş müzakirə olunur.

Türkiyə mətbuatında yer alan iddialara görə aprel ayının 29-da idarə heyətinin qəbul etdiyi qərarla partiya sədrinin partiyanın rayon təşkilatlarının sədr və sədr müavinlərini təyin etmək səlahiyyəti əlindən alındıqdan sonra Davudoğlu partiya daxilindəki yüksək vəzifəli şəxslərdən dəstək almağa çalışıb.

Brada da istədiyi dəstəyi ala bilməyən Davudoğluna “Bu partiyanın lideri Ərdoğandır. Bəyənmirsənsə gedə bilərsən” deyildiyi bildirilir.

Əldə olunan məlumata görə AKP-nin rayon sədrləri və müavinlərini seçmək səlahiyyəti idarə heyətinin qərarı ilə partiya sədrindən alınıb yenidən idarə heyətinə verildikdən sonra Davudoğlu idarə heyətini toplayaraq heyət üzvlərindən dəstək almaq istəyib.

İclas zamanı çıxış edən Davudoğlu “Mən bu partiyanın sədriyəm. Amma məndən xəbərsiz mənə qarşı belə bir addım atılır. Bu doğru bir idarəetmə sistemi, yoldaşlığa uyğun bir addım deyil.” Deyə bildirib.

İdarə heyəti üzvlərinin isə Davudoğluna cavab olaraq “Bu partiyanın yeganə lideri Rəcəb Tayyib Ərdoğandır. Hamımız ona bağlıyıq. Bu partiyada siyasət belə idarə olunur. Bəyənmirsinizsə gedə bilərsiniz” dedikləri bildirilir.

Bu hadisədən sonra isə Davudoğlu partiyanın qurultayını keçirmək və vəzifədən getmək haqda qərar qəbul edib və Ərdoğanla görüşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru