Ərdoğandan Davudoğlunun istefasına REAKSİYA: - “Zərər verə bilərdi”

6-05-2016, 17:29           

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, baş nazir Əhməd Davudoğlunun vəzifəsindən istefa verməsi dünya mətbuatının əsas müzakirə mövzusudur.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Davudoğlunun qərarına münasibət bildirib.

“Baş nazirlə aparılan danışıqlardan sonra o, AKP-nin fövqəladə qurultayını çağıracağını bildirdi. Mən də “xeyirli olsun” dedim. Necə ki, bu vəzifəni ona təhvil verdim, o da başqasına verər. Bu prosesin uzanması zərər verə bilərdi”-deyə qeyd edib. Türkiyə rəhbəri ölkədəki idarəçilik üsulunun qənaətbəxş olmadığını da vurğulayıb.

“Mən öz partiyama (AKP) üzv ola bilmirəm. Partiya ilə əlaqələrim kəsilib. Bu doğru deyil".

Qeyd edək ki, may ayının 22-də AKP-nin növbədənkənar qurultayı keçiriləcək. Davudoğlu qurultayda partiya sədrliyinə namizədliyini verməyəcəyini bəyan edib. Bununla da o, avtomatik olaraq baş nazir vəzifəsindən getmiş sayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru