PYD uğrunda gərgin mübarizə - Təşkilatı kim ələ keçirəcək? ABŞ yoxsa Rusiya?
10-05-2016, 13:01
PKK terror təşkilatının Suriya qolu olan PYD-nin kimin olacağı məsələsi ilə bağlı ABŞ və Rusiya hökumətləri arasında böhran yaşanır.
Avropa.info xəbər verir ki, Amerika PYD ilə Rusiya arasındakı ittifaqa qarşıdır və bunu açıq şəkildə göstərməkdən də çəkinmir.
ABŞ PYD-nin Rusiya ilə yaxınlaşmasından çox narahatdır. Bu haqda ABŞ ordusunun zabiti polkovnik Stiv Varren açıqlama verib.
Suriya və İraqdakı İŞİD ilə mübarizə koalisiyasına rəhbərlik edən Varren PYD ilə Rusiya arasındakı ittifaqa qarşı olduqlarını açıqlayıb.
PYD, 2012-ci ildən etibarən Suriyada Əsəd rejiminin müttəfiqidir. Həmin tarixdən ABŞ hökuməti də həmin ittifaqın bir hissəsinə çevrilib.
Suriya səfiri Robert Fordun rəhbərlik etdiyi diplomatik qrupun uzun araşdırmalarından sonra PYD-nin ABŞ üçün Azad Suriya Ordusundan daha uyğun bir müttəfiq olduğu açıqlanıb. Məhz bu açıqlamadan sonra ABŞ PYD terror təşkilatını dəstəkləmişdi.
Həmin tarixə qədər PYD-nin PKK-nın Suriya qolu olduğunu qəbul edən və onu terror təşkilatı olaraq görən Amerika, PYD ilə qurduğu ittifaqdan sonra bu vəziyyəti inkar etdi və Türkiyəyə də PYD üçün təzyiqlər etməyə başladı.
Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra rəsmi Moskva PYD-yə açıq dəstək verməyə başlamışdı.