Baxçalı Ərdoğanla ittifaqa girir?

10-05-2016, 18:10           

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı bu gün partiyanın parlament fraksiyasının iclasında çıxışında təşkilatının hər cür tərəfdaşlıq təklifinə hazır olduğunu açıqlayıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən ilin 7 iyununda baş tutan seçkilərdən sonra hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiya və Cümhuriyyət Xalq Partiyası (CHP) ilə birlikdə iqtidara gəlmək təkliflərinə “yox” deyən Baxçalı ilk dəfədir ki, belə fikir səsləndirir.

MHP lideri vurğulayıb ki, bu çağırışın məqsədi terrora qarşı mübarizə uğrunda birləşməkdir. Ankara kulislərində isə bu çağırış “AKP ilə mümkün koalisiya mesajı” kimi qəbul olunub.

Hər iki partiya daxilində isə Baxçalının bu çıxışı fərqli şəkildə şərh olunur. MHP-lilərin bir qismi bunu qısa müddət ərzində iqtidar vədi kimi, AKP-lilər isə hakim partiyanın mayın 22-də baş tutacaq qurultayında partiyanın bölünməsi ehtimalı kimi qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru