Türkiyə ordusu 6 terrorçunu zərərsizləşdirdi 27-08-2022, 00:07 Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında davam etdirdiyi "Fərat qalxanı" antiterror əməliyyatı çərçivəsində daha 6 terrorçu zərərsizləşdirib.Bizim.Media-nın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.Qeyd olunub ki, əməliyyat zamanı bölgədə təsbit edilən PKK terrorçuları dəqiq atəş nəticəsində məhv edilib.Nazirlik bölgədə antiterror əməliyyatının davam etdiyini vurğulayıb. Facebook-da paylaş