“Beşiktaş” fanat qrupu liderinin öldürülməsi anının kamera görüntüləri ortaya çıxdı - VİDEO

27-08-2022, 11:03           
“Beşiktaş” fanat qrupu liderinin öldürülməsi anının kamera görüntüləri ortaya çıxdı - VİDEO
“Beşiktaş” futbol klubunun fanat qrupu liderlərindən olan Seyit Subaşı silahlı hücum nəticəsində öldürülüb. Qətl anı təhlükəsizlik kameralarına əks olunub. Qətlin kamera görüntüləri ortaya çıxıb.

Dostları ilə kafedə oturan Subaşı gözlənilmədən gülləyə tuş gəlib. 45 yaşlı Beşiktaş fanat qrupu lideri xəstəxanada dünyasını dəyişib.

Görüntülər Bayrampaşa ticarət mərkəzindəki kafedə lentə alınıb.

Polis hücumu həyata keçirən şübhəlini hadisə yerindən 50 metr aralıda yaxalayıb.

Nəzarətə alınan şübhəli ilk ifadəsində “Beşiktaş” – “Karagümrük” oyununda Seyit Subaşı ilə tribunada mübahisə etdiklərini deyib. Hücumu da məhz bu səbəbdən etdiyini etiraf edib.

Hadisə ilə bağlı istintaq davam etdirilir.

Mənbə: CNNTürk












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru