Yıldız Tilbedən Gülşənə dəstək: “Sənətçilər toxunulmaz elan edilsin” - FOTO

27-08-2022, 12:44           
Yıldız Tilbedən Gülşənə dəstək:
Müğənni Yıldız Tilbe sosial media hesabından həmkarı Gülşənin həbsinə reaksiya verib.

Tilbe Gülşənin azadlığa buraxılmasını da tələb edib.

O, Gülşənin azadlığa buraxılması üçün “Twitter”də açılan etiketə dəstək verib.

Tilbe həbsin düzgün olmadığını bildirib və sənətçilərin qanuni toxunulmaz elan edilməsini istəyib.

“Hər kəs yanlış sözlərinə görə həbs edilsəydi, ölkədə adam qalmazdı. Dostları ilə zarafatlaşarkən işlətdiyi sözlərə həbs edilməsi qanuni ola bilməz. Qanunlardan hara şikayət edəcəyik? Qanunlar bizi əzməsin, bizi qorusun”, - deyə sənətçi bildirib.

“Sənət adamları hüquqi cəhətdən toxunulmaz elan edilsin. Sənətçilər dünya zibilxanasında bir parıltıdır, qara dənizləri aydınladan Ay işıqlarıdır. Onların həyatına hər dəfə müxtəlif bəhanələrlə müdaxilə edilməsin”, - deyə o, əlavə edib.

Yıldız Tilbenin paylaşımları qısa zamanda sosial mediada böyük əks-səda yaradıb.

Yıldız Tilbe
@YildizzTilbee
·
Follow
#gulsenserbestbırakılsın Sanatçılar yasal olarak dokunulmaz ilan edilsin . Sanatçılar dünya çöplüğünün pırıltılarıdır , karanlık denizlerin yakamozlarıdır , her seferinde başka bahanelerle hayatlarına müdahale edilmesin.
3:32 PM · Aug 26, 2022
4K Reply Share













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.