Türkiyə boğazlardan keçidin qiymətini qaldırır

29-08-2022, 11:37           
Türkiyə boğazlardan keçidin qiymətini qaldırır
Türkiyə Montrö Konvensiyasının ona verdiyi hüquqlara uyğun olaraq Bosfor və Çanaqqala boğazlarından keçidin qiymətini 5 qat artıracaq.

Axar.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

“1983-cü ildə 75% endirimlə müəyyən edilmiş ödəniş sistemi ləğv edilir. 2022-ci il oktyabrın 7-dən etibarən boğazlardan keçidlər üçün mayak, təxliyə və tibbi xidmət haqqı 5 dəfə artırılacaq və hazırda 40 milyon dollar olan gəlir 200 milyon dollara yüksələcək. 1936-cı ildə imzalanmış Montrö sazişinə əsasən, boğazlara girib-çıxan gəmilərdən mayak, təxliyə və tibbi xidmət haqqını toplamaq hüququ var”, - məlumatda deyilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru