İqtisadçı: Türkiyə Avropanın səhvini təkrar etmədi!

31-08-2022, 08:29           
İqtisadçı: Türkiyə Avropanın səhvini təkrar etmədi!
ABŞ şirkətləri pul itirmək yerinə, Türkiyə üzərindən sanksiyaları yararaq Rusiya ilə ticarət əlaqələri qurmağın yollarını axtarır.

Axar.az xəbər verir ki, bunu türkiyəli iqtisadçı Bartu Soral deyib.

O bildirib ki, Avropa Birliyi təhlükəsizliyini ABŞ ordusu ilə əlaqələndirərək böyük səhv etdi:

“Kapitalist sistemdə sahibkarlar öz maraqlarını maksimum səviyyəyə qorumağa çalışır. Sanksiyalar Rusiyadan xammal və ya digər məhsullar tədarük edən ABŞ və AB şirkətlərini çətin vəziyyətə salıb. Bu xammalların isə alternativi yoxdur. Şirkətlər məcburən yeni alternativ yollar tapmalı olacaq. Şirkətlər pul qazanmağa davam etmək istəyir.

Bu məqamda Türkiyə çox ağıllı strategiya tətbiq etməklə AB-nin səhvini təkrarlamadı və Rusiya ilə münasibətləri korlamadı. Avropa ölkələri isə öz səhvlərinin qarşılığını inflyasiya, tənəzzül, enerji böhranı və siyasi istefalarla ödəyir. Almaniya başda olmaqla, AB-ni çətin qış mövsümü gözləyir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru