Ərdoğandan savaş mesajı: “Təkbaşına edəcəyik”

13-05-2016, 09:47           
Ərdoğandan savaş mesajı: “Təkbaşına edəcəyik”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya hərbi müdaxilə barədə mesaj verib. Axar.az xəbər verir ki, Ərdoğan Kilisdə yaşanan çətinliklə bağlı sərhədin digər tərəfini təmizləmək üçün hazırlıqlar aparıldığını bildirib.
“Hələ də müttəfiqlərimizdən, regionda sülh gücü olan ölkələrdən arzulanan dəstəyi ala bilməmişik. Belə getsə, özümüz öz göbəyimizi kəsəcəyik. Bu məsələdə lazım olan addımları təkbaşımıza atmaqdan çəkinməyəcəyik. Açıq deyirəm, Avropa ölkələri bunun altından qalxa bilməz. Demokratiya və azadlıq anlayışlarından danışan Avropa Brüssel və Paris hücumlarından sonra dünyaya birlik nümayişi göstərdilər. Türkiyə də eyni təşkilata qarşı mübarizə aparır, ancaq bizi tək buraxıblar. Hətta utanmadan, çəkinmədən bəzi media orqanları və siyasətçiləri vasitəsilə ölkəmizin terror təşkilatlarına dəstək verdiyi barədə yalan danışmaqdan belə çəkinmirlər”, – Ərdoğan qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru