Ərdoğan saziş imzalamaq üçün BƏƏ-yə səfər edəcək

4-07-2023, 12:04           
Ərdoğan saziş imzalamaq üçün BƏƏ-yə səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Litvada iyulun 11-12-də keçiriləcək sammitindən sonra Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər etmək niyyətindədir.

Bu barədə bazar ertəsi jurnalistlərə Türkiyənin Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşək bildirib.

“Biz texniki baxımdan əməkdaşlıq sənədlərinin hazırlanması ilə bağlı əhəmiyyətli irəliləyiş əldə etmişik və işi yaxın iki həftə ərzində yekunlaşdıracağıq. Yəqin ki, bundan sonra prezidentimiz BƏƏ-yə səfər edəcək. Ola bilər ki, çərçivə sazişi səfər zamanı imzalansın. Hələlik təfərrüata keçmədən deyim ki, bu kifayət qədər əhatəli sənəddir”, - Şimşək bəyan edib.
Nazir iyun ayında vitse-prezident Cevdet Yılmazla birlikdə BƏƏ-yə səfər etdiyini və bu səfərin “çox məhsuldar olduğunu” xatırladıb.

Mənbə: Anadolu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru