Türkiyənin İstanbul şəhərini təmin edən su anbarlarında cəmi üç aylıq su qalıb.
Bu barədə NTV telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, İstanbulun 91 günlük su təchizatı var:
“Ancaq nəzərə alsaq ki, 25 faiz buxarlanır, o zaman ehtiyatlar cəmi 61 gün davam edəcək”.
Bildirilib ki, İstanbuldakı on su anbarından altısında su ehtiyatı normadan 20 faiz aşağı düşüb. Minimum maye səviyyəsi ehtiyatların 4,47%-ni təşkil edən Pabuçdere bəndində qeydə alınıb. Ümumilikdə su anbarlarının dolma dərəcəsi 33,37 faiz təşkil edir. Bu, 2014-cü ildən bəri ən aşağı göstəricidir.
Sinoptiklər yaxın on gündə yağıntı olacağını proqnozlaşdırmadığından şəhər hakimiyyəti vətəndaşları suya qənaət etməyə çağırıb.