Türkiyənin İraqın şimalında PKK-nı yox edəcək planının detalları açıqlanıb

13-03-2024, 12:48           
Türkiyənin İraqın şimalında PKK-nı yox edəcək planının detalları açıqlanıb
Türkiyənin İraqın şimalında PKK terror təşkilatını tamamilə yox edəcək planının detalları açıqlanıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, İraqda ortaq hərəkət mərkəzinin qurulması üçün işlərə başlanılıb.

Qeyd olunub ki, PKK-nın bölgədən tamamilə təmizlənməsi üçün strateji bir nöqtədə mərkəz qurulacaq. İraqın Kandil, Sincar, Mahmur, Süleymaniyə və Qara bölgələrində PKK-nın nəzarət nöqtələri müəyyənləşdirilərək təmizlənəcək.

Məlumata görə, Türkiyə sərhəd təhlükəsizliyini təmin etmək üçün İraqla diplomatik təmasları davam etdirir.

Bildirilib ki, PKK terrorçularının yerləşdiyi nöqtələr müəyyən edildikdən sonra həmin ərazilər üçün əməliyyatların planı müəyyənləşdiriləcək.

Xatırladaq ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İraqda yeni əməliyyatın anonsunu verib. Onun sözlərinə görə, Türkiyə bu yay terror problemindən xilas olacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il 12 ildən sonra ilk dəfə İraqa səfər edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru