Türkiyə və Rusiya XİN başçılarının müavinləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər

14-03-2024, 13:14           
Türkiyə və Rusiya XİN başçılarının müavinləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Ankarada türkiyəli həmkarı Burak Akçapar ilə Ukraynadakı münaqişənin diplomatik həlli və Cənubi Qafqazdakı vəziyyət mövzularında məsləhətləşmələr aparıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ukrayna böhranı mövzusu, o cümlədən onun siyasi və diplomatik yolla həlli perspektivləri müzakirə edilib. Tərəflər Cənubi Qafqazdakı vəziyyət ilə bağlı fikirlərini bölüşüblər. Onlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin vacibliyini vurğulayıb və buna ilk növbədə regional formatlar çərçivəsində kömək edilə biləcəyini qeyd ediblər”, - məlumatda deyilir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru