Türkiyədə fabrikdə partlayış: Ölənlər var

19-03-2024, 00:04           
Türkiyədə fabrikdə partlayış: Ölənlər var
Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda fabrikdə sənaye balonu partlayıb.

TEREF Oxu.az-a istinadən xəbər verir ki, partlayış nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb.

Bu barədə Kocaeli valiliyindən məlumat verilib.

“112” təcili zəng mərkəzinə göndərilən xəbərə görə, Kocaeli vilayətinin Gebze rayonunun Pelitli istiqamətində yerləşən fabrikdə sənaye balonu partlayıb. Hadisə yerinə təhlükəsizlik qüvvələri, Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) qrupları cəlb edilib. İlkin məlumata görə, iki vətəndaşımız partlayış anında həlak olub, yaralanan altı nəfər isə ətrafdakı xəstəxanalara çatdırılıb. Hadisə ilə bağlı hərtərəfi araşdırma aparılır”, - deyə məlumatda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru