“Meta”ya cərimə kəsildi, hər gün 4,8 milyon

19-03-2024, 12:34           
“Meta”ya cərimə kəsildi, hər gün 4,8 milyon
Türkiyə Rəqabət Təşkilatı “Instagram” və “Threads” tətbiqləri arasında “Meta” haqqında məlumatın birləşməsinin qarşısını almaq və şirkəti inzibati qaydada cərimələmək qərarına gəlib.

Qurum “Meta”ya daxil olan platformalarla bağlı apardığı araşdırmalardan sonra Rəqabət Təşkilatı “Meta”ya gündəlik 4,8 milyon lirə inzibati cərimə tətbiq edilməsinə qərar verib.

Rəqabət Qurumundan verilən açıqlamada, “Meta”nın “Threads” və “Instagram” tətbiqlərini birləşdirərək hakim mövqeyindən sui-istifadə etdiyi şübhəsi ilə istintaq başladıldığı xatırladılıb. “Meta” ilə bağlı verilən ikinci açıqlamada şirkətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi və bu səbəbdən onlara gündəlik cərimə kəsildiyi bildirilib. Açıqlamada daha əvvəl “Meta” “Facebook”, “Instagram” və “WhatsApp” xidmətlərindən topladığı məlumatları birləşdirərək onlayn reklam bazardakı rəqiblərinin fəaliyyətini çətinləşdirdiyi, oraya girişə maneə yaratdığı, qoyulan öhdəliklərin yerinə yetirməsi ilə bağlı təkliflərinin yer aldığı xatırladılıb. Bunun kafi olmadığı bildirilərək gündəlik 4,8 milyon lirə cərimə kəsildiyi açıqlanıb.

12 dekabr 2023-cü il tarixindən başlayan cərimə “Meta” tərəfindən təklif olunan uyğunluq tədbiri Rəqabət Qurumunun qeydlərinə daxil edilənə qədər hər gün üçün cərimə tutulacaq.(Valyuta.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru