Türkiyəli təqaüdçü ağacın gövdəsində tikdiyi ikimərtəbəli evlə mühəndisləri heyrətə gətirdi - FOTO/VİDEO

19-03-2024, 16:04           
Türkiyəli təqaüdçü ağacın gövdəsində tikdiyi ikimərtəbəli evlə mühəndisləri heyrətə gətirdi - FOTO/VİDEO
Türkiyənin Rizə vilayətindən olan 61 yaşlı Ali Hamdi Uzunhasanoğlu 150 illik vələs ağacının gövdəsində tikdiyi ikimərtəbəli evlə mühəndisləri təəccübləndirib.

Onun sözlərinə görə, inşaat işləri ilə təqaüdə çıxdıqdan sonra hobbi kimi məşğul olmağa başlayıb.

Bu evi tikərkən yaşlı kişi əvvəlcə uzandığı yerdən mənzərəyə baxa biləcəyi kiçik bir şüşəli otaq düşünüb, ancaq tikdikcə davamı gəlib, nəticədə ortaya 110 kvadratmetrlik ev çıxıb. Evin aşağı mərtəbəsində qonaq otağı və mətbəx, yuxarı mərtəbədə isə iki otaq var.

“Düz ərazidə hər yerdə ev var, bunu hamı bacarar. Əsas olan heç kimin tikə bilmədiyi belə cəlbedici evi inşa etməkdir”, - deyə Uzunhasanoğlu evi barədə deyib.

O vurğulayıb ki, inşaat zamanı heç kimdən yardım almayıb, bütün dizayn və görülən işlər özünə məxsusdur.




















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.