Arxeoloqlar Türkiyədə pirsinqlə bağlı ən qədim dəlil tapıblar

20-03-2024, 15:34           
Arxeoloqlar Türkiyədə pirsinqlə bağlı ən qədim dəlil tapıblar
Arxeoloqlar Türkiyədə skeletlərdə bədən perforasiyasına (pirsinq) dair məlum olan ən qədim sübut tapıblar və bu dəlil təxminən 11 min il əvvələ aiddir.

Ankara Universitetinin alimləri qədim sahiblərinin qulaqlarının və çənələrinin yaxınlığında 100-dən çox zinət əşyası tapıblar. Onlar əhəngdaşı, obsidian, xlorit, mis və çay çınqıllarından hazırlanmış olub. Dekorasiyaların müxtəlifliyi onların qulaqları və alt dodağının pirsinqi üçün nəzərdə tutulduğunu göstərir. Pirsinq həm kişilərdə, həm qadınlarda, həmçinin həddi-buluğa çatan uşaqlarda aşkarlanıb. Bu o deməkdir ki, insanlar bədənlərini təkcə estetik məqsədlər üçün deyil, həm də simvolik məqsədlər üçün deşiblər.

Tapıntı, ilk pirsinq təcrübələrinin eramızdan əvvəl VII minilliyin ortalarında meydana çıxdığı mövcud ideyalara meydan oxuyur.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru