Türkiyədə əməliyyat: cinayətkar qrup liderləri SAXLANILDI

20-03-2024, 15:24           
Türkiyədə əməliyyat: cinayətkar qrup liderləri SAXLANILDI
Türkiyədə daha bir mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

O bildirib ki, mütəşəkkil cinayətkar qrupa qarşı əməliyyat ölkənin 7 vilayətində eyni vaxtda keçirilib.

Qeyd edilib ki, liderləri Özay Çetin və Mert Çetin də daxil olmaqla, ümumilikdə 109 qrup üzvü saxlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.