Özbəkistanla sərhəddə kritik gəlişmə: Qırğızıstan hərəkətə keçdi

20-03-2024, 19:40           
Özbəkistanla sərhəddə kritik gəlişmə: Qırğızıstan hərəkətə keçdi
Qırğızıstanın Özbəkistanla sərhədində kənd sakininin evində qeyri-qanuni miqrasiya və yük daşınması üçün istifadə edilən 130 metr uzunluğunda gizli tunel tapılıb. Ev sahibi saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Qırğızıstan Milli Təhlükəsizlik Xidməti sərhəddə qanunsuz miqrasiya və yük daşımalarının aşkarlanması istiqamətində əməliyyat aparıldığını açıqlayıb.

Əməliyyat nəticəsində Qırğızıstanın Cəlalabad vilayətinin Suzaq rayonunun Bek-Abad kəndindəki evdə iki ölkəni birləşdirən gizli tunel aşkarlanıb.

Tunelin dərinliyi 15, uzunluğu 130 metrdir. Tunelin Qırğızıstan dövlət sərhədinə qədər olan hissəsi 50, hündürlüyü 1.70 metr müəyyən edilib. Qanunsuz miqrasiya və yük daşımaları kanalını təşkil edən 38 yaşlı E.A. adlı ev sahibi saxlanılıb.

Məsələ ilə əlaqəsi olan və sözügedən tuneldən istifadə edərək sərhədi qanunsuz keçən şəxslər, habelə qanunsuz keçirilən malların müəyyən edilməsi istiqamətində iş aparılır.

Qırğızıstanın cənubundakı Cəlalabad, Oş və Batken vilayətlərinin Özbəkistanla ortaq sərhədi bölüşür. İki ölkənin kəndlərinin bir-birlərinə çox yaxın olduğu sərhəd xəttlərində vaxtaşırı gizli tunellər aşkar edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.