Şimali İraqdan qaçan terrorçular Türk ordusu tərəfindən saxlanıldı
21-03-2024, 11:24
Şimali İraqdan qaçan iki terrorçu Türk ordusu tərəfindən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz sosial media hesabından açıqlama verib.
“Türk hərbiçilərinin qətiyyətli əməliyyatları nəticəsində İraqın şimalındakı sığınacaqlarından qaçan iki PKK terrorçusu Habur sərhəd məntəqəmizə təslim olub”, – deyə açıqlamada bildirilib