Klub prezidentinin avtomobillə vurduğu velosipedçi öldü

25-03-2024, 17:35           
Klub prezidentinin avtomobillə vurduğu velosipedçi öldü
Türkiyə klubu “Kayserispor”un prezidenti Ali Çamlının idarə etdiyi avtomobillə toqquşan elektrikli velosipedçi İbrahim M. dünyasını dəyişib.

Qaynarinfo-nun məlumatına görə, Çamlının idarə etdiyi cip elektrikli velosipedə çırpılıb. Nəticədə velosipedçi ağır yaralanıb və ətrafdakılar köməyi ilə xəstəxanaya aparılıb. Suriya əsilli velosipedçi göstərilən bütün yardımlara baxmayaraq həyatını itirib. Cəsədin meyitxanada yarılmasından sonra isə Suriyanın Al-Bab şəhərinə aparılaraq dəfn ediləcəyi öyrənilib.

“Kayserispor” prezidenti hadisədən sonra polis bölməsinə aparılıb və istintaq davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru