Bu hava şirkəti əlilləri işə qəbul edir

30-03-2024, 18:34           
Bu hava şirkəti əlilləri işə qəbul edir
Türk Hava Yolları əlil şəxsləri işə qəbul edəcək.

TNS xəbər verir ki, bununla bağlı THY internet saytında elan paylaşıb.

Şirkət əlillərə iş prosesində iştirak etmək və istedadlarını nümayiş etdirmək fürsəti olaraq tam zamanlı iş imkanları təklif edir.

İş üçün müraciət etmək istəyənlərin Türkiyə Respublikası vətəndaşlığlı və ya mavi kart sahibi olması və cinayət keçmişinin olmaması lazımdır.

Ərizəçilər ən azı 40 faiz və ya daha çox əlilliyi göstərən tibbi hesabat təqdim etməlidirlər.

İşə qəbul onlayn ingilis dili və ümumi qabiliyyət imtahanı, videomüsahibə, şəxsiyyətin inventarlaşdırılması və idarə heyəti ilə müsahibə mərhələləri üzrə aparılıcaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru