Türkiyə lideri bələdiyyə seçkisinin nəticələri ilə bağlı çıxış edib - VİDEO

1-04-2024, 08:06           
Türkiyə lideri bələdiyyə seçkisinin nəticələri ilə bağlı çıxış edib - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-də ölkədə yerli özünüidarə orqanlarına keçirilmiş seçkinin yekunları ilə bağlı çıxış edib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu seçkinin qalibi öncə ölkə demokratiyası və milli iradədir: “31 mart bizim üçün dönüş nöqtəsidir”.

“Seçkiqabağı proses zamanı 52 müxtəlif şəhərə səfər etdik. Nəticə belə oldu. Seçki imtahanından ümid etdiyimiz nəticəni əldə edə bilmədik. Hər olanda bir xeyir var. Millət son sözünü söylədi, qərarını verdi. Partiyamızın orqanlarında seçkinin nəticələrini dəyərləndirəcəyik. Seçkidəki geriləməyimizin səbəblərini araşdıracağıq. Millətin verdiyi mesajları nəzərə alaraq lazımi addımları atacağıq. Qarşıdakı dörd ildə səhvlərimizi düzəldəcəyik”, - deyə Türkiyə prezidenti qeyd edib.

Qeyd edək ki, seçki marafonunda səslərin 90 faizindən çoxunun sayılmasından sonra Cümhuriyyət Xalq Partiyası birinci, hakim Ədalət və İnkişaf Partiyası isə ikinci sıradadır. Yekun nəticə aprelin 1-də açıqlanacaq.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.