İstanbulda gecə klubunda təmir işləri zamanı baş verən yanğında azı 27 nəfər həlak olub

3-04-2024, 11:14           
İstanbulda gecə klubunda təmir işləri zamanı baş verən yanğında azı 27 nəfər həlak olub
İstanbulun gecə klubunda təmir işləri zamanı çərşənbə axşamı baş verən yanğında azı 27 nəfər həlak olub. Bu barədə rəsmilər məlumat verib. Klubun menecerləri də daxil olmaqla bir neçə nəfər dindirilmək üçün saxlanılıb.

İstanbul valiliyinin bəyanatında deyilir ki, ən azı bir nəfər xəstəxanada müalicə olunur.

Təmir işləri üçün bağlanan Masquerade (Maskarad) gecə klubu şəhərin Avropa hissəsindəki Beşiktaş səmtində 16 mərtəbəli yaşayış binasının birinci və zirzəmi mərtəbələrində yerləşir. Yanğının söndürüldüyü bildirilir.

Vali Davud Gül hadisə yerində jurnalistlərə bildirib ki, yanğının səbəbləri araşdırılır və zərərçəkənlərin təmir işlərində iştirak edən şəxslərin olduğu güman edilir.

Ədliyyə naziri Yılmaz Tunc bildirib ki, rəsmilər klub menecerləri və təmir işlərinə cavabdeh olan bir nəfər də daxil olmaqla, 5 nəfəri sorğu-sual etmək üçün saxlayıblar.

İstanbul meri Əkrəm İmamoğlu rəsmilərin binanın təhlükəsizliyini qiymətləndirmək üçün binanı bütünlüklə təftiş etdiklərini bildirib.

Onun sözlərinə görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürmə və tibb briqadası göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru